Saakaşvili: Azərbaycan bizi qabaqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Saakaşvili: Azərbaycan bizi qabaqladı

Saakaşvili: Azərbaycan bizi qabaqladı


Ukrayna yığmasının aktivində ikisi qızıl olmaqla, 11 medal var.

Braziliyada keçirilən Olimpiya Oyunlarındakı nəticələrindən sonra Ukraynanın gənclər və idman naziri istefa verməlidir.

Oxu.Az xəbər verir ki, bu bəyanatı Odessa vilayətinin administrasiya rəhbəri Mixael Saakaşvili öz “Facebook” səhifəsində edib.

“Ukraynanın Olimpiadadakı nəticələri fəlakətdir. Bizi Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka və həm ərazi, həm də potensialca kiçik olan digər ölkələr geridə qoyub. Ukrayndan on dəfə kiçik olan Gürcüstan Ukrayna qədər medal qazanıb”, - siyasətçi qeyd edib.

O, həmçinin bildirib ki, Ukrayna yığmasının Rioda keçirilən Olimpiadadakı çıxışından sonra gənclər və idman naziri istefaya getməlidir.

“Adətən belə məğlubiyyətdən sonra, ən azı idman naziri istefaya getməlidir. Mən müqavilə ilə yaradılmış hökumətin olduğu şəraitdə bunun baş verməyəcəyindən şübhələnirəm”, - o əlavə edib.

16 günlük yarışlardan sonra Ukrayna Olimpiada reytinqində 31-ci yeri tutub. Ukrayna yığmasının aktivində ikisi qızıl olmaqla, 11 medal var. Ukrayna heyəti 206 idmançıdan ibarət olması da, son 25 il ərzində ən aşağı göstərici olub.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *