Saakaşvili: "Ukrayna hakimiyyəti iflic olacaq" – VİDEO
"Əgər ukraynalı məmurlara normal maaş verilməyə başlanmasa, dövlət aparatı altı aydan sonra dağılacaq".
Bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynanın dövlət aparatı demək olar ki, dağılıb: “O, artıq nüfuzunu itirib, hətta artıq oğurlaya da bilmir, çünki büdcə pulları əvvəlcədən, büdcəyə daxil olmadan oğurlanır.
Əgər yaxın 5-6 ərzində gömrükdə ciddi dəyişikliklər baş verməsə, “qara deşik”lər tutulmasa, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa, dövlət aparatı dağılacaq. Özü də tam şəkildə. Bununla da hakimiyyət iflic vəziyyətinə düşəcək".
Mənbə:> Virtualaz.org