Saakaşvili Odessa vilayətinin prokurorunu işdən çıxardı
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessa prokurorunun vəzifəsindən azad edilməsini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Rosbalt Ukrayna” siyasətçinin “5-ci kanal”ın efirindəki çıxışına istinadən məlumat yayıb.
Saakaşvili sözlərinə görə, bu ayın sonunadək Odessadakı bütün dövlət idarələrinə yeni rəhbərlər təyin ediləcək. O qeyd edib ki, gənc və istedadlı insanları Odessa vilayətində əsas vəzifələrə təyin etmək lazımdır, çünki yalnız onlar islahatların keçirilməsinə kömək edəcəklər.
Siyasətçi əlavə edib ki, regionda yolların keyfiyyətli təmiri üçün Avropa yenidənqurma və inkişaf bankı ilə əməkdaşlıq etmək lazımdır.
Mənbə:> Oxu.Az