Saakaşvili: Qumarı qanuniləşdirmək lazımdır
“Biz kimi aldadırıq?”
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessada qumar oyunları biznesini leqallaşdırmaq istəyir.
Bu barədə AzNews.info İnterfax-a istinadən xəbər verir.
“Kim nə deyir-desin, mən əminəm ki, Odessada qumar oyunları biznesinə icazə vermək lazımdır”, - bu sözləriu Saakaşvili “Cənub” limanında zavodun açılışında deyib.
Onun sözlərinə görə, hal-hazırda Kiyev və Odessada hüquq-mühafizə orqanlarının himayədarlıq etdiyi qanunsuz kazinolar var.
“Odessa və Kiyevdə bir neçə qanunsuz fəaliyyət göstərən kazinolar var. Biz kimi aldadırıq?”, - qubernator əlavə edib.
Mənbə:> Interfax.Az