Saakaşvili yeni gömrük terminalına model görünüşlü işçilər yığır
Bu ilin noyabrında Odessada yeni gömrük terminalının açılışı proqnozlaşdırılır.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili bəyan edib.
Onun sözlərinə görə, yeni terminalın işində prinsipial olaraq yeni yanaşmalar istifadə ediləcək, belə ki, indiki gömrük xidmətini ləğv etmək lazımdır.
“Bütün hüquq-mühafizəçiləri yığışdırılır, gömrükçülərin oturmadığı yeni terminal tikilir. Biz model görünüşlü oğlan və qızları işə götürürük. Çünki orada heç nə həll edilməyəcək, hər şey kompüter vasitəsilə olacaq, onların işi yerlərində oturub gülümsəmək və sənədləri qeydiyyatdan keçirməkdir”, - Saakaşvili vurğulayıb.
Mənbə:> Oxu.Az