İranın Xəzər sahillərində dağıdıcı daşqınlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İranın Xəzər sahillərində dağıdıcı daşqınlar

İranın Xəzər sahillərində dağıdıcı daşqınlar

İranın Xəzər dənizi sahilində yerləşən Mazandaran vilayətində baş verən daşqınlar ümumilikdə ölkəyə 7 trilyon rial (116 milyon dollar) ziyan vurub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, daşqınlar infrastruktur obyektlərini, yaşayış evlərini, yolları və kənd təsərrüfatını dağıdıb.

Daşqınlara ötən həftə yağan güclü yağışlar səbəb olub. Təbiət hadisəsi zamanı azı beş nəfər ölüb.

Vilayətin qubernatoru Məhəmməd Eslaminin sözlərinə görə, daşqınlar zamanı 2650 evə ciddi ziyan dəyib, onlardan 82-si tamamilə dağılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *