Enerji içkiləri haqqında şaiyələr niyə yayılır? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Enerji içkiləri haqqında şaiyələr niyə yayılır?

Enerji içkiləri haqqında şaiyələr niyə yayılır?


Qida sənayesində istehsal olunan məhsullar birbaşa insan sağlamlığına təsir edə bildiyindən mütəmadi olaraq keyfiyyət testləri tətbiq edən yerli və beynəlxalq qurumların nəzarətində olur, eyni zamanda, xüsusi standartlara cavab verən sertifikatlarla fəaliyyət göstərirlər.

Azərbaycan enerji içkisi bazarında böyük pay sahibi olan “HELL” şirkəti də bu lisenziya və sertifikatlarla fəaliyyət göstərən məhsullardandır.

Bütün bunlara baxmayaraq, vaxtaşırı müəyyən məhsulların, xüsusilə də enerji içkiləri haqqında mənfi xəbərlər yayılır.

Bəs görəsən, bu məhsullara qarşı mənfi iddiaların olmasına səbəb nədir? Əgər iddialar faktlarla öz təsdiqini tapmırsa, o zaman bu şayiələr necə yaranır?

Marketoloq Nicat Manafov deyir ki, bəzən böhtan və şayiə tipli yazılar sifariş xarakterli olur və qəsdən yazdırılır. Ümumiyyətlə enerji içkilərinin ziyanı barədə danışıldıqda isə o, bu məsələdə əsas məsuliyyətin istehlakçıda olduğunu bildirir:

“Ümumi baxıldıqda, brenddən asılı olmayaraq, bütün enerji içkiləri xüsusi lisenziyalar alıb, yoxlanışdan keçdikdən sonra istehlakçının qarşısına çıxır. Əgər beynəlxalq və yerli standartlara cavab verirsə, o zaman həmin içkidən kiminsə ölməsi absurddur. Bununla belə, ən zərərsiz hesab elədiyimiz qidalar belə həddindən artıq istifadə edildikdə, insan üçün zərərli ola bilər. Eyni zamanda standartlara cavab verən enerji içkilərinin qablaşdırmasının üzərində onun tərkibi, istifadə qaydası yazılır və istehlakçı özü həmin qaydalara əməl etməkdə maraqlı olmalıdır”.

Enerji içkiləri haqqında iddialar isə bununla bitmir. Bəzi iddialara əsasən isə üzərində Azərbaycan dilində yazılmayan enerji içkiləri vətəndaşların istifadəsinə verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bununla bağlı fikirlərini açıqlayıb:

“Azərbaycanda olan rəsmi distrubüterin gətirmiş olduğu bütün enerji içkilərinin üzərində Azərbaycan dilində məlumat yerləşdirilməlidir və HELL bankalarının üzərində Azərbaycan dilində məlumatlar da əks olunub. Bununla yanaşı, HELL qutularının üzərində tərkibi və lazımı bütün məlumatlar qeyd olunub”.

Məsələ ilə bağlı Azərbaycan enerji içkisi bazarında böyük pay sahibi olan “HELL” şirkəti də mövqeyini açıqlayıb. “HELL”in lazımı beynəlxalq, həm də yerli qurumların xüsusi keyfiyyət lisenziyalarına sahib olduğunu qeyd edən şirkətin kommunikasiya direktoru Eszter Toth bu tipli böhtan və şaiyələrlə mütəmadi qarşılaşdıqlarını və ehtiyac olduğu təqdirdə məsələni hüquqi müstəviyə daşıdıqlarını bildirib. O, sözügedən içkinin təxminən 90%-nin hər kəsin gündəlik istifadə etdiyi sudan ibarət olduğunu deyərək, digər əsas inqrediyentin isə stimulyator rolu oynayan və 5000 illik tarixi olan, hətta gündəlik çay və kofedə istifadə olunan kofein olduğunu qeyd edir.

Bununla yanaşı, o əlavə edib ki, enerji içkilərinin mühüm tərkib hissələri həm ət, həm ana südü, həm də uşaq yeməklərində mövcud olan taurin maddəsidir və ürək-damar sisteminin dözümlülüyünü artıran, beyinin normal inkişafına müsbət təsir edən müxtəlif B vitaminləridir.

“HELL olaraq daim insan sağlamlığına çox həssas yanaşırıq və ən sərt beynəlxalq ərzaq təhlükəsizliyi standartı olan FFSC-22000-ə cavab verən zavodumuzda istehsal etdiyimiz məhsullarımıza zəmanət veririk. Eyni zamanda, mütəmadi olaraq qutularımızın üzərində uşaqlara, hamilə və laktasiya dövründə olan qadınlara məsləhət görülmədiyini vurğulayırıq. Hətta 18 yaşdan aşağı olan insanlar arasında da heç bir təbliğat aparmırıq. Biz həmişə istifadəçiləri məlumatlandırmağa çalışmışıq və onlardan sadəcə faktlara inanmalarını və bütün məlumatların qutuların arxasında yazıldığını bildirmək istəyirik”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *