HELL Enerjidən “Sevgililər Günü” ilə bağlı kreativ kampaniya – “Yeyin, için, hesabınız bizlikdir”
"HELLEnergi Azərbaycan”ın marketinq komandası 14 fevral – Sevgililər günü ilə bağlı sosial şəbəkələrdə yeni kampaniyaya start verib.
Azərbaycanda bir çox layihələrin əsas tərafdaşı olan HELL enerji bu dəfə sosial şəbəkələrdəki gənclər üçün öz imkanlarını səfərbər edir.
Heç şüphəsiz cütlüklərin çoxu "Sevgililər Günü”nü necə qeyd edəcəkləri barədə planlar qurur, kimisi sevgilisinə, həyat yoldaşına surpriz etməyi düşünür. Ancaq maddi imkanların azlığı bu ideaların illərdir gerçəkləşməsinə əngəl yaradır.
Bu il isə tam fərqli olacaq. Bu il siz sevdiyiniz insanla istədiyiniz ideyanı gerçəkləşdirə biləcəksiniz. "Bəs hesabı kim ödəyəcək?” deyə düşünməyin. Siz 14 fevral günü yeyin, için, sevdiyiniz insana sevginizi etiraf edin. Hell Enerji sizin hesabınızı özü ödəyəcək.
Bunun üçün sadəcə öz şəxsi "facebook” hesabınızda "Sevgililər Günü”nü necə keçirmək istədiyinizi yazın. Maksimum 500 AZN-ə qadər olan xərclərinizi qeyd edin. İstəyinizin sonunda yalnız #hellenergylove yazmaqla siz yarışmamızın iştirakçısı olmağa haqq qazanırsınız.
Yarışmamızın qalibi isə "Random.org” portalı vasitəsi ilə seçiləcək. Qalibin kimliyi isə 10 fevral tarixində açıqlanacaq.
Siz sadəcə 14 fevralı gözləyin. Sizin bütün planlarınızı reallaşdırmaq bizim komandamızın sehirli əllərindədir.
Elə isə başladıq!
Kampaniya ilə bağlı bütün yenilikləri buradan izləyə bilərsiniz: www.facebook.com/hellenergyaz
Mənbə:> Yeniçağ.az