Bakıda qəza törədən avtobus sürücüsü əvvəllər məhkumluq həyatı yaşamış narkoman imiş... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda qəza törədən avtobus sürücüsü əvvəllər məhkumluq həyatı yaşamış narkoman imiş... – VİDEO

Bakıda qəza törədən avtobus sürücüsü əvvəllər məhkumluq həyatı yaşamış narkoman imiş...

Oktyabrın 1-də Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.
Həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov təsdiqləyib.

Onun sözlərinə görə, qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

V. Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.

Bu arada qəza nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 27 nəfərin adı məlum olub. Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar - 1979-cu il təvəllüdlü Əliyev Müdafiə Fazil oğlu, 1963-cü il təvəllüdlü Abbasəliyeva Qaratel Baxşəli qızı, 1968-ci il təvəllüdü Ağayeva Aybəniz Aslan qızı, 1995-ci il təvəllüdlü Mustafayeva Rəmzi Şəfayət qızı, 1999-cu il təvəllüdlü Qasımova Əsli Səfər qızı, 1999-cu il təvəllüdlü Səfərli Ülviyyə Fariz qızı, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu, 1992-ci il təvəllüdlü İsmayılova Şəhla Rasim qızı, 1984-cü il təvəllüdlü Əliyev Ruslan İmran oğlu, 1999-cu il təvəllüdlü Ağayeva Rubay Cəfər qızı, 1995-ci il təvəllüdlü Aşurova Şəhla Fərrux qızı, 1981-ci il təvəllüdlü Məmmədova Güladə Mirzəli qızı, Novruz Salmanov, 2000-ci il təvəllüdlü Hacızadə Ofelya Anar qızı, 1985-ci il təvəllüdlü İsmayılov Məhəmməd Vidadi oğlu, 1984-cü il təvəllüdlü Ağayev Camal Ağadadaş oğlu, 1987-ci il təvəllüdlü Əzimov Məmməd Sabir oğlu, 1969-cu il təvəllüdlü Bayramov Tanrıverdi Əsəd oğlu, 1964-cü il təvəllüdlü Əsgərli Bəhruz Mirzə oğlu, 1986-cı il təvəllüdlü Şirəliyev Əlixan Əlibaba oğlu, 1986-cı il təvəlıüdlü Mehdiyev Aslan Loğman oğlu, 1995-ci il təvəlıüdlü Aşurova Əlvanə Fərrux qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 3 nəfərin vəziyyəti ağır olduğundan əməliyyat olunublar.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər azyaşlı - 2013-cü il təvəllüdlü Mustafayeva Xədicə Fuad qızı, 2013-cü il təvəllüdlü Aşurova Günay Rizvan qızı, 2003-cü il təvəlıüdlü Razimova Sona Mahir qızı, 2010-cu il təvəllüdlü Əliyev Murad Müdafiə oğlu və 2008-ci il təvəllüdlü Əliyeva Fatimə Müdafiə qızı da həmin xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, azyaşlıların həyatına təhlükə yoxdur.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

* * *20:20

Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə bu gün Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu ilə neft daşıyan qatarın toqquşması nəticəsində yaralananlara yardım məqsədilə xüsusi qrup yaradıb.

Bu barədə haqqın.az-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov və tanınmış mütəxəssislər 3 saylı şəhər xəstəxanasındadırlar.

Qəzada yaralanan 2 uşağın vəziyyəti ağırdır. Yaralıların müalicəsi nəzarətdədir.

* * *16:55

Hadisə yerindən əməkdaşlarımız xəbər verir ki, qəzada xəsarət alan azyaşlılar 149 saylı orta məktəbin şagirdləridir.

* * *16:51

Virtualaz.org-un əməkdaşları hadisə yerindən xəbər verirlər ki, polis əməkdaşları hazırda qəzanın baş verdiyi əraziyə heç kimi buraxmırlar.

Yerli sakinlərin sözlərinə görə, ölənlərin sayı daha çoxdur. Hətta 8, yaxud 10 nəfərin həlak olduğu deyilir. Rəsmi məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb.

Sakinlər həmçinin əlavə ediblər ki, avtobusun sürücüsü gəncdir və bu onun törətdiyi ikinci qəza hadisəsidir. Ümumiyyətlə, Binə camaatı 160 saylı avtobusun fəaliyyətindən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, sürücülər sürət həddini gözləmir, adi təhlükəsizlik qaydalarına riayət etmirlər.


* * *16:45

Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

* * *16:14

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb.

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.

Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 13 yaşlı oğlandır.


* * *15:48

Bu gün 160 nömrəli avtobusun neft çənləri daşıyan qatarla toqquşması nəticəsində yaralıların sayı 26-ya çatıb. Onlardan üçü məktəbdən evə qayıdan azyaşlıdır.

Hadisənin avtobus sürücüsünün günahı üzündən baş verdiyi bəlli olub. Avtobus şlaqbauma məhəl qoymayaraq qatarın yoluna çıxıb.

Qəzada ölən şəxs azyaşlıdır.



* * *15:26

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı sərnişin avtobusu ilə toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, qəza nəticəsində 17 nəfər yaralanıb. Onlardan 9-u kişi, 6-sı qadın, 2-si isə azyaşlıdır.

Yaralıların 11-i 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb. Yaralılardan 1 nəfəri dünyasını dəyişib. Daha 6 yaralı isə xəstəxanaya çatdırılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *