Goranboydakı qəzada bir azyaşlı ölüb: 11 yaralı var – YENİLƏNİB
Goranboy rayonunun Bəşirli kəndi ərazisində qeydə alınan yol qəzasında xəsarət alan 3 azyaşlı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, onlardan bir nəfəri, 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib. Digər 2 azyaşlının vəziyyəti isə orta-ağırdır.
Artıq qəza nəticəsində xəsarət alanlardan 6 nəfərin də kimliyi məlum olub:
Əliyev Ramin Nazim oğlu, 1986
Quliyeva Şəbnəm Sabit qızı, 1999
Məmmədova Nüşabə İsrayıl qızı, 1988
Quliyev Hüseyn Sadiq oğlu, 2002
Süleymanov Orxan Sərvan oğlu, 1997
Bayramova Sadəgül Həsən qızı, 1991
***20:58
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-ya istinadən verdiyi məlumata görə, “Oka” və “Zaporojets” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 11 nəfəri Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir.
Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA