“Aeroport yolu”nda qəza » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Aeroport yolu”nda qəza – ÖLƏN VAR

“Aeroport yolu”nda qəza


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AzNews.info-nun trend-ə istinadən məlumatına görə, hadisə bu gün axşam saat 20 radələrində paytaxtın "Aeroport yolu”nda baş verib.

Yolun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Hava Limanı istiqamətində hərəkət edən "Mercedes” markalı avtomobil yolu keçən təxminən 45-50 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qəza yerinə Dövlət Yol Polisi və Xəzər rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *