İlham Əliyev İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmirinə pul ayırdı
Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd olunur ki, İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Mənbə:> Virtualaz.org