İlham Əliyev 3 milyon manat ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 12 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Mənbə:> Oxu.Az