Polis Gəncədə itkin düşmüş 18 yaşlı qızı tapdı
Gəncə şəhərində itkin düşən qız tapılıb. Bu barədə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, sentyabrın 2-də Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşadığı evdən çıxaraq itkin düşən 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova ilə bağlı araşdırmalara başlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları L.Həsənovanın yerini müəyyən edərək onu tapıb. Tapılan qız sentyabrın 5-də valideynlərinə təhvil verilib.
Xatırladaq ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz rayon Polis İdarəsinə müraciət edərək onunla birlikdə yaşayan qızı, 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənovanın itkin düşdüyünü bildirmişdi.
Mənbə:> Trend