Bakıda binalardan təkcə paltar iplərini yox, “boşqab” antennaları da sökürlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda binalardan təkcə paltar iplərini yox, “boşqab” antennaları da sökürlər

Bakıda binalardan təkcə paltar iplərini yox, “boşqab” antennaları da sökürlər

Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə paytaxtda yaşayış və qeyri-yaşayış binalarının estetik görünüşünə xələl gətirən çanaq antennaları, mənzillərin eyvanlarından asılan iplər, paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar sökülür.

Virtualaz.org Bakı rayonlarının icra hakimiyyətlərindən dəqiqləşdirib ki, təkcə mərkəzi küçələrdə deyil, Bakıətrafı qəsəbələrdə də bu söküntü işləri başlayıb. Üstəlik həftənin ilk iş günündən binaların zirzəmisindən anbar kimi istifadə edən sakinlərə ərazinin boşaldılması üçün yazılı xəbərdarlıq paylanılıb.

Suraxanı rayonunda söküntüyə Hövsan qəsəbəsindən başlayıblar. Suraxanı rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Mais Məmmədov virtualaz.org-a bildirib ki, ötən həftədən Hövsandakı binalarda iplərin , antennaların söküntüsünə başlanılıb. Söküntüdən sonra binalar rənglənir, bloklar təmir edilir, eləcə də qapı və pəncərələr dəyişdirilir. Artıq 93 blok tam yenilənib.

“Bütün bloklarda kodlaşdırılmış qapılar quraşdırılır, blokların işıqlanmasına mane olan tikililər sökülür”, -Məmmədov deyib. İcra Hakimiyyətinin məsul şəxsi əlavə edib ki, bunlarla yanaşı sakinlərlə “maarifləndirici söhbətlər” aparılır. Çünki sakinləri çoxu təkcə binaların ümumi görkəminə deyil, fəsadına da zərər vurur.

Bakıda binalardan təkcə paltar iplərini yox, “boşqab” antennaları da sökürlər


Onun sözlərinə görə, Yeni Günəşlidə 9 binada paltar asmaq üçün iplər, çanaq antennaları sökülüb, 50 blok təmir olunub.

Birlik rəhbərinin sözlərinə görə, əksər binalarda bloklarda taxta və ya kərpiclə anbar tikilib. Sakinlərə xəbərdarlıq edilib ki, bloklarda, zirzəmilərdə tikiliyə icazə verilmir.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarından biri də həyətlərdə yaşlıların və uşaqların istirahəti üçün güşələr, idman meydançalarının yaradılmasıdır. Suraxanıda Elmar Qasımov küçəsində yaşıllıq zolağı yaradılıb, həyətlərdə idman alətləri, futbol meydançası quraşdırılıb.MKTB sədri onu da qeyd edib ki, rayonda görüləcək işlərin planı hazırlanıb, park və uşaqlar üçün idman meydançalarının sayı mərhələlərlə artırılacaq.

Nizami rayonunda isə metronun “Xalqlar Dostluğu” stansiyasından “Qara Qarayev” stansiyasınadək yol kənarlarındakı binalarda çanaq antenaları, paltar asmaq üçün ipləri sökülüb. Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildiriblər ki, sakinlərə yazılı xəbərdarlıq edilib. İp və ya antenalar könüllü sökülmədiyi halda mənzil istismar sahələri tərəfindən məcburi söküntü aparılacaq. “Bizə konkret tapşırıqlar verilib. Bu tapşırıqlara binaların görkəminə xələl gətirən elementlərin söküntüsündən tutmuş yaşıllıq zolağının salınmasınadək bir çox məsələlər yer alıb”, -şöbədən belə deyiblər.

Nizami rayonunda artıq 5 ünvanda abadlıq işləri tamamlanıb. Bunlardan biri Keşlə qəsəbəsindəki 227 saylı məktəbdir. Qara Qarayev prospektində yol boyu yaşıllıq zolağı yaradılıb, mini park istifadəyə verilib. Həmçinin Azər Manafov, Mehdi Abbasov küçələrindəki park abadlaşdırılıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, paltar iplərinin kəsilməsi və çanaq antennalarının yığışdırılması ilə bağlı ciddi göstəriş var. O cümlədən binaların fasadı təmiz olmalıdır. “Artıq neçə gündür hamı ərazilərdədir, söküntüyə və abadlıq işlərinə nəzarət olunur. Çünki bəzən sakinlər narazılıq edirlər, onlarla söhbət aparmaq, başa salmaq lazımdır. Ayın sonunda görülən işlərlə bağlı açıqlama veriləcək”, -icra hakimiyyətindən deyiblər.

Yasamal Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, ölkəyə hər gün yüzlərlə turist gəlir. Ona görə də söküntüyə ilk növbədə mərkəzi küçələrdən başlanılıb: “Təkcə iplər sökülmür, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları, binaların həyətindəki hasarlar da yığışdırılır”.

Bakıda binalardan təkcə paltar iplərini yox, “boşqab” antennaları da sökürlər


Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasında isə deyilir ki, paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli - sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanılıb.

İlk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin və fasadlarının təmiri, həyət və məhəllələrin, ümumi istifadə yerlərinin abadlaşdırılması, vətəndaşların istirahəti üçün müvafiq şəraitin yaradılması, onların yeni səviyyəyə çatdırılması işləri aparılır. Paltar asmaq üçün ip və antenaların yığışdırılması paytaxtımızın daha da müasirləşməsi və gözəlləşməsinə xidmət edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 5 sentyabr 2018 06:49
  • Yazan: drum
Paltar asmaq üçün ip və antenaların yığışdırılması paytaxtımızın daha da müasirləşməsi və gözəlləşməsinə xidmət edir. gmail sign up

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *