Bakıda yeni tikililər ucuzlaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda yeni tikililər ucuzlaşacaq

Bakıda yeni tikililər ucuzlaşacaq


Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binalar söküləcək.

Bununla bağlı Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar qəbul edib.

Qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Oxu.Az xəbər verir ki, artıq Bakı şəhərində sakinlərin yaşayışını daha da rahat etmək, həmçinin qəzalı binalar sökülərək əvəzində müasir binaların inşaatı üçün start verilir.

Belə ki, 5 il müddətinə köhnə binaların sökülüb yeniləri və daha əzəmətliləri ilə əvəz edilməsi xəbəri yayılıb və bununla bağlı Nizami rayonunda sakinlərlə görüş keçirilib.

Mərhələli şəkildə rayonda olan 131 qəzalı bina söküləcək və sakinlər daha rahat mənzillərlə təmin olunacaq.

Bu məqsədlə Nizami rayonunda sakinlərlə rayon rəhbərliyi arasında keçirilən görüşdə qeyd edilib ki, ötən əsrin 50-60-cı illərində rayon ərazisində inşa edilən və hazırda qəzalı vəziyyətdə olan 131 yaşayış binası var, həmin binalar mərhələli şəkildə sökülərək yerində hündür mərtəbəli binalar tikiləcək.

“Dövlət tam olaraq mənzillərin təhvil verilməsinə qədər bu tikintilərə nəzərət edəcək. Ona görə heç bir MTK tikintini yarıda qoya bilməz.

İlkin olaraq Nizami rayonunda 6 binanın sökülməsi nəzərdə tutulub”, - deyə Nizami rayon icra başçısı Arif Qasımov deyib.

“Mehdi Abbasov, Nəsimi, Çobanzadə küçəsində və başqa küçələrdə ikimərtəbəli binaların sökülməsi nəzərdə tutulub.

Dəvət olunan şirkətlərlə vətəndaşlar arasında qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanıb və sakinlər kirayə mənzillərə köçürüləcək.

Kirayə mənzillərin haqqı həmin şirkət tərəfindən binaların tikildiyi müddət ərzində ödəniləcək”, - deyə icra başçısının müavini Qərib Məmmədov rayon sakinləri ilə görüşündə qeyd edib.

Məlumata görə, rayon ərazisində yenidənqurma işlərini həyata keçirəcək şirkətlərdən biri də “VESTA CONSTRACTİON” şirkətidir.

Şirkət müasir binaların inşa edilməsi üçün yeni lahilələr hazırlayıb.

Şirkətdən verilən məlumata görə, əsas məqsəd əhalinin müasir tam təmirli və münasib qiymətli mənzillərlə təmin etmək və hər kəsin ev sahibi olması prinsipidir.

“VESTA CONSTRACTİON” şirkəti həmçinin bəyan edib ki, mənzillər bazar qiymətindən 30-50% aşağı təklif edəcək.

Xatırladaq ki, adları çəkilən rayonların İcra Hakimiyyəti orqanlarına söküntü işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

Söküntü işləri 5 il müddətində icra olunacaq. Qərar ümumilikdə 15 857 mənzili əhatə edir.

Onu da əlavə edək ki, qərar fevralın 25-dən qüvvəyə minib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *