Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək

Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək

Bakıda yeni binalar tikiləcək. Bu barədə ANS PRESS-ə Səbail Rayon İcra Hakimiyyətinin (RİN) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.

"Sakinlər ya kompensasiya alacaq, ya da yeni binada ev"
Onun sözlərinə görə, Səbail Rayonunun Bünyad Sərdərov və Abdulla Şaiq küçələrinin kəsişməsində 3 yeni bina tikiləcək.

Adıçəkilən ünvanda tikiləcək binalar xarici görünüşlərinə görə də fərqli olacaqlar.

"Səbail rayonunda mənzil tikintisi ilə bağlı yerli sahibkarlar tərəfindən yeni layihələrə başlanıb və artıq ilk nəticələr var. Bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu proses davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir".
Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək

Qurum rəsmisi onu da əlavə etdi ki, daha 4 bina Bayıl qəsəbəsi, Qurban Abbasov (indi Neftçi Qurban) küçəsində tikiləcək. İsrafil Kərimovun sözlərinə görə, artıq həmin ərazidə söküntü işlərinə başlanılıb.

"Ərazidəki bəzi insanlar artıq köçür. Bəziləri ilə də danışıqlar gedir. Ya onlar kirayə qalacaq və yeni bina tikildikdən sonra həmin binada mənzillə təmin ediləcəklər, ya da evlərinin müqabilində kompensasiya alacaqlar. Bu məsələ ilə binaların tikintisi ilə məşğul olacaq sahibkarlar məşğul olurlar".
Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək

Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək

Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək

Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək

Qeyd edilən ərazi "Sovetski" kimi tanınan yerin yaxınlığındadır. Burada isə söküntü işləri bir neçə il öncə başlayıb. "Sovetski" kimi tanınan qəsəbəsinin sökülməsi ilə bağlı qərarı hökumət 3 mart 2014-cü il tarixində açıqlamışdı. Söküntü işlərinə ilk olaraq Yasamal rayonu ərazisindən başlanılıb. Evləri sökülən sakinlərə hər kavdrat metrin müqabilində 1500 manat pul ödənilib.

Görülən işlərin ilk nəticəsi olaraq köçürülmüş ərazidə Nəriman Nərimanov heykəlindən Hüseyn Cavid parkına qədər yeni 4 zolaqlı avtomobil yolu və istirahət parkı keçən ilin oktyabr ayından əhalinin istifadəsindədir.
Ötən ilin iyul ayında kiçik ölçülü yaşayış yerinə sahib “Sovetski” sakinləri mənzillə təmin olunublar. Binalardan biri 104, digəri isə 96 mənzildən ibarətdir. Hər bir mənzil 2 otaqdan ibarətdir.

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *