Milyarder 98 metrlik yaxtasını evinin qarşısında saxladı, sakinlər hiddətləndi
Britaniyalı milyarder Co Lyuis 98 metrlik yaxtası “Aviva”nı evinin qarşısında saxlamaqla London sakinlərinin qəzəbinə tuş gəlib.
Virtualaz.org xəbər verir ki, buna səbəb “Tower Bridge”in qarşısında duran yaxtanın Londonun ən dəbdəbəli hissəsində yaşayan sakinlərin pəncərələrinin qarşısındakı mənzərəni bağlamasıdır.
Yerli KİV-in yazdığına görə, Londonun ən zəngin oliqarxlarının yaşadığı bu ünvanda evlərin qiyməti 9,5 milyon funt sterlinqdir (12 milyon dollardan bahadır). Burada mənzil sahibi olan şəxslər ilk əvvəl pəncərədən açılan məzərəyə fikir verirlər.
“Aviva” Almaniyanın Lemverder şəhərində yerləşən məşhur “Abeking&Rasmussen” gəmiqayırma zavodunda C.Lyuisin sifarişi ilə hazırlanıb. Yaxtanın bortunda qapalı tennis kortu var. Onun başa gəlməsinə milyarder 113 milyon funt sterlinq (təxminən 145 milyon dollar) xərc çəkib. Co Lyuis gəmidən həm də ev kimi istifadə etsə də, əsas yaşayış yerinin Baham adaları olduğu bildirilir.
Mənbə:> Virtualaz.org