Moskvada iki Aerobus toqquşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Moskvada iki Aerobus toqquşdu – FOTO

Moskvada iki Aerobus toqquşdu


Rusiyanın paytaxtı Moskvada aviaqəza baş verib.

ANS PRESS-in məlumatına görə, Moskvanın Şeremetyevo-3 aeroportunda iki Aerobus- A320 və A319 qanadları bir-birinə dəyib.

Verilən ilkin məlumatlara görə, hadisə vaxtı zərər çəkən yoxdur. Kalininqraddan gələn A320 təyyarəsinin salonunda 147 insan və 6 ekipaj üzvü olub. Toqquşma zamanı təyyarə dayanacağa yan alırmış. Digər təyyarədə sərnişin olmayıb. Hər iki aerobusun qanadlarında plastik müqavimət sipərləri zərər çəkib, təyyarələr dayanacağa göndərilib. Hər iki təyyarənin planlaşdırılmış uçuşları ləğv edilib.

Şeremetyevo-3 "Aeroflot" aviaşirkətinin tikdiyi Şeremetyevo aeroportunun yeni terminallarından biridir. 2009-cu ildə işə salınıb.

Moskvada iki Aerobus toqquşdu
Moskvada iki Aerobus toqquşdu

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *