“Tibbi optika haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Tibbi optika haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır

“Tibbi optika haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır

Milli Məclisin (MM) qarşıdan gələn 2018-cil payız sessiyasının qanunvercilik işləri planına daxil ediləcək qanun layihələri arasında parlamentin Səhiyyə komitəsi tərəfindən hazırlanan və sonuncu yaz sessiyasında komitənin ilkin müzakirələrindən keçən “Tibbi optika haqqında” yeni qanun layihəsi də var.

Bu barədə oxu.az-a MM-dən məlumat verilib.

Qeyd olunub ki, ötən dövr ərzində qanun layihəsi üzərində İşçi Qrupu tərəfindən işlər davam etdirilib, ilkin ictimai müzakirələr, dinləmələr zamanı səsləndirilən təkliflər nəzərdən keçirilib və bəzilərinin sənədə daxil edilməsi qərara alınııb.

“Bu məsələ neçə illər idi ki, müzakirə olunurdu. Hətta, bu yöndə ilkin məsləhətləşmələr zamanı belə bir fikir də səsləndirilmişdi ki, bəlkə optika ilə bağlı məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə kimi daxil edilsin.

Amma müzakirələrin, məsləhətləşmələrin sonunda belə qərara gəlindi ki, bu məsələ ilə bağlı ayrıca qanuna ehtiyac var, o məsələləri başqa qanunla tənzimləmək olmur və ya da effektli olmaz.

Ona görə də “Tibbi optika haqqında” qanunun hazırlanmasına başlanıldı”, -deyə MM-dən bildirilib.

Eyni zamanda, bildirilib ki, bununla bağlı dünyanın bir sıra ölkələrində, o cümlədən, qardaş Türkiyədə də müvafiq qanun var.

“Ona görə belə hesab edildi ki, Azərbaycanda da belə bir qanun olmalıdır”,-deyə MM-dən daha sonra qeyd edilib.

Onu da xatırladaq ki, “Tibbi optika haqqında” qanun layihəsinin ilkin variantında- 8-ci maddədə qeyd olunur ki, optika mağazaları (və ya müəssisələri) hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılır.

Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir.Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir.

Optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər.

Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilər.

Optika məhsullarının satışı pasiyentin şifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir.

Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır.

Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *