“Daxili Qoşunların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
“Hərbi qulluqçuların statusu haqqında” və “Daxili Qoşunların statusu haqqında” qanun layihələri yenidən hazırlanıb və Milli Məclisin 2017-ci il yaz sessiyasında iş planına daxil edilib.
Aznews.info APA-ya istinadən xəbər verir ki, hər iki qanun layihəsi ilə bağlı müvafiq qurumların rəyi alınıb və parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılması nəzərdə tutulub.
MM Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, “Daxili Qoşunların statusu haqqında” yeni qanun layihəsi mövcud qanundan fərqli olaraq 6 fəsil, 39 maddədən ibarətdir: “Daxili Qoşunlarla bağlı status yenidən hazırlanıb, yeni müddəalar var. Hansı hallarda hansı silahdan istifadə edilməsi, kimə qarşı istifadə edilməməsi və s. məsələlər sənəddə yer alıb”.
Mənbə:> APA