Türkiyədə güclü zəlzələ
Bu gün səhər saatlarında Egey dənizində güclü zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, 4.9 bal gücündə olan zəlzələ Muğlanın Datça rayonunda hiss edilib.
Bu haqda məlumatı Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi yayıb.
Hadisə ilə bağlı dağıntı və itkilərin olmadığı bildirilib.
Mənbə:> Metbuat.az