Polşada bir şəhərin bütün polis əməkdaşları işə çıxmaqdan imtina etdilər
Polşanın şimalındakı Kamen-Pomorski şəhərinin bütün polis işçiləri xəstəlik kağızı alaraq işə çıxmayıbıar. Eyni vəziyyət Şetsin şəhərinin iki rayonunda da qeydə alınıb.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Şetsin-Dabe polis məntəqəsində polis əməkdaşlarının 100 faizi, Şetsin-Nebuçevoda isə 70%-i işə çıxmayıb. Ölkənin Daxili İşlər Nazirliyində bildiriblər ki, bunu tətil adlandırmaq olmaz, çünki polisin tətil etməsi Polşada qanunla qadağandır.
Məlumat verilir ki, polis işçiləri çox yorulduqlarından xəstəlik kağızı alıblar.
Mənbə:> Virtualaz.org