Bakıda polis işçiləri üçün yaşayış binası tikilib
Daxili İşlər Nazirliyinin (DİN) Maddi-Texniki Təminat Baş İdarəsi polislər üçün kooperativ yolu ilə tikilən binada mənzilləri satışa çıxarıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nərimanov rayonunun 2036-cı məhəlləsində (Ziya Bünyadov prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında 1, 2, 3 və 4 otaqlı mənzillərin 1 kvadratmetri heç bir faiz tutulmadan 900 manatadır.
Bir il müddətinə ilkin ödəniş 50 faiz olmaqla, mənzillərin dəyəri tikintinin sonuna qədər hissə-hissə ödənilməlidir.
Mənzillərin sahələri:
1 otaqlı – 70.63, 72.93 kvm.
2 otaqlı – 88.17, 89.21 kvm.
3 otaqlı – 152.72 kvm.
4 otaqlı – 177.18 kvm.
Həmin binada mənzil almaq istəyən əməkdaşlar DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Əsaslı Tikinti İdarəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, həmin bina daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa olunur.
Mənbə:> virtualaz.org