Brüsseldə ictimai nəqliyyat dayandı
Belçikanın paytaxtı Brüsseldə ictimai nəqliyyat işçiləri tətil keçirir.
Trend-in məlumatına görə, tətilə bu sahədə fəaliyyət göstərən 3 həmkarlar təşkilatından 2-si qoşulub.
Qeyd olunur ki, tətil sürücülərin təhlükəsizliyi, işçi çatışmazlığı və şəhər nəqliyyatının texniki vəziyyəti ilə əlaqədar keçirilir.
Tətillə bağlı olaraq, Brüsseldə yalnız bir metro xətti işləyir. Avtobus və tramvayların 50 faizi reysə çıxmayıb.
Mənbə:> Trend