İtaliyada nəqliyyat sistemi iflic oldu
İtaliyada nəqliyyat sektoru işçilərinin ümummilli tətili ölkənin iri şəhərlərində nəqliyyatın hərəkətini iflic edib.
AzNews.info Trend-ə istinadən məlumat verir ki, nəqliyyat sistemindəki tətil aviaşirkətlərə də mənfi təsir göstərib.
Belə ki, yerli “Alitalia” aviaşirkəti tətillə əlaqədar 160-dan çox daxili və beynəlxalq reysi təxirə salmalı olub.
24 saatlıq tətil bütün növ ictimai nəqliyyat – metro, yerüstü nəqliyyat, eləcə də, dəmir yollarına şamil edilib.
Qeyd olunur ki, bu sahənin həmkarlar ittifaqları sərnişindaşıma sektorunun özəlləşdirilməsi və liberallaşdırılması planlarına etiraz olaraq tətil edir.
Mənbə:> Trend