Türk loğman azərbaycanlı şairi yad etdi – FOTO
Türkiyəli məşhur loğman həkim professor Əhməd Maranki Azərbaycanın tanınmış dramaturq və şairi Hüseyn Cavidi yad edib.
ANS PRESS-in məlumatına görə, həm televiziya tamaşaçılarına, həm də sosial şəbəkə istifadəçilərinə sağlamlıq barədə dəyərli məlumatlar verən Maranki facebook səhifəsində Hüseyn Cavidin şəklini paylaşıb.
Professor, Azərbaycanın və Türk dünyasının ən önəmli ədəbiyyatçısı kimi təqdim etdiyi Hüseyn Cavidi dua və rəhmətlə yad etdiyini ifadə edib:
“Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölüm qədər zəhərli.
Bu misraların sahibi, Azərbaycanın və Türk dünyasının ən önəmli ədəbiyyatçılarından olan Hüseyn Cavidi ölümünün 74-cü öldönümündə dua və rəhmətlə yad edirik. Allah rəhmət eləsin inşallah”.
Qeyd edək ki Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub, 1941-ci il dekabrin 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində sürgündə ikən dünyasını dəyişib.
Mənbə:> ANSPRESS