Azərbaycanda zəlzələ oldu
İsmayıllıda yeraltı təkan qeydə alınıb.
Azxeber.com Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, zəlzələ ötən axşam yerli vaxtla saat 23:03:11-də İsmayıllı ərazisində baş verib.
Yeraltı təkan episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.
Mənbə:> Azxeber.com