"İstək" liseylərinin Valideyn Komitəsi Təhsil Nazirliyinə etiraz edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

"İstək" liseylərinin Valideyn Komitəsi Təhsil Nazirliyinə etiraz edir

"İstək" liseylərinin Valideyn Komitəsi Təhsil Nazirliyinə etiraz edir


Yüksək təhsil səviyyəsi ilə ölkənin digər məktəbləri arasında seçilən "İstək" liseyləri təsisçinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyətlərini dayandırıb və Təhsil Nazirliyi lisey şagirdlərinin digər məktəblərdə yerləşdirilməsi barədə qərar verib. Lakin şagirdlərin valdeynləri liseylərin açılacağına inanır və heç bir valideyn uşaqlarının sənədlərini məktəbdən götürmür, bunu Anews.az saytına açıqlamasında Valideyn komitəsinin üzvü Mehriban Əliyeva söyləyib.

"Son vaxtlar Təhsl Nazirliyi valideynlərin uşaqlarının sənədlərini götürməsi və başqa məktəbə keçirmələri barədə prosesin uğurla davam etməsi barədə yanlış məlumat yayıb. Bu məlumat ölkənin bir çox mətbu orqanlarında da öz əksini tapıb. İndiyə kimi heç bir valideyn övladının sənədlərini məktəbdən götürməyib. Biz müxtəlif instansiyalara müraciət etmişik və məktəblərin fəaliyyətinin bərpa olunması uğrunda mübarizə aparırıq. Bu kimi yanlış məlumatlar ancaq ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır", deyə komitə üzvü vurğulayıb.

Onun sözlərinə görə, hazırda valideynlər məktəblərin onların şəxsi təşəbbüsü ilə yaradılan hüquqi şəxsə idarəçiliyə verilməsi uğrunda mübarizə aparırlar. "Bu məktəblər xüsusi təhsil sisteminə malikdir. Bizim uşaqlar burada ingilis dilində təhsil alıb. Onların digər məktəblərə köçürülməsini qeyri mümkün dəyərləndiririk. Biz inanırıq ki, ölkə rəhbərliyi bu işə qarışacaq və məktəblər işini davam etdirəcəklər", deyə Mehriban Əliyeva bildirib.

Xatırladaq ki, avqustun 8-də Təhsil Nazirliyinin mətbuat xidməti iyulun 9-dan İstək liseylərinin şagirdlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən, digər məktəblərdə yerləşdirmələri üçün bütün lazımi şəraitin yaradılması, artıq çox sayda şagirdin valideynlərinın dövlət və özəl ümumi təhsil müəssisilərinə müraciət etməsi və müvafiq məktəblərdə yerləşdirilməsi barədə məlumat yayıb.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *