Təhsil Nazirliyi: Ali məktəblərin dollar tələb etmə haqqı yoxdur » AzNews.info -Xəbər portalı

Təhsil Nazirliyi: Ali məktəblərin dollar tələb etmə haqqı yoxdur

Təhsil Nazirliyi: Ali məktəblərin dollar tələb etmə haqqı yoxdur

“Bu, müqavilədə də öz əksini tapıb”.

Ali təhsil müəssisəsinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqı yoxdur.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir.

Qeyd olunub ki, bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.

Qeyd edək ki, bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrində Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar dərc olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *