Bakının ən bahalı məktəbləri » AzNews.info -Xəbər portalı

Bakının ən bahalı məktəbləri

Bakının ən bahalı məktəbləri


Bakıda fəaliyyət göstərən bəzi məktəb və liseylər çox yüksək qiymətlərlə təhsil təklif edirlər.

BAKU.WS paytaxtımızda ən bahalı təhsil ocaqlarının qiymətləri ilə maraqlanıb və ortaya çox maraqlı rəqəmlər çıxıb. Əksər lisey və məktəblər yüksək təhsil haqqıyla məktəbli forması, uşaqlarların gündəlik qidalanması və məşğələlərin aid olduğunu deyir. Ancaq tələb olunan təhsil haqqı orta statistik azərbaycanlının illik qazancından dəfələrlə çoxdur.

Məsələn, "İnternational School"a uşağı I sinifə yazdırmaq üçün 300 dollar qeydiyyat pulu, 1600 dollar fond pulu və 21900 dollar isə illik ödəniş tələb olunur. Ümumilikdə bir uşağı bu məktəbə yazdırmaq sizə təxminən 24500 manata başa gələcək.

Nüfuzlu məktəblərdən "Oxford School"da da təhsil haqqı az deyil. Bu məktəbdə 1-8 siniflər üçün 14500, 9-11 sinif üçün 16500 manat təhsil haqqı ödəmək lazımdır. Məktəbəqədər təhsil isə nə az, nə çox - düz 7 min manatadır.

Bahalı məktəblər silsiləsindən olan digər bir təhsil ocağı "British School"dur. Burada 1-6-cı sinflər üçün Azərbaycan və xarici təmayüllü proqramlar müvafiq olaraq 16-18 min manatadır. 7-12-ci siniflər üçün isə 17-19 min manat təhsil haqqı tələb olunur.

Bakıda fəaliyyət göstərən ən bahalı məktəb və liseylərin adlarını və qiymətlərini təqdim edirik:

Bakının ən bahalı məktəbləri

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *