Təhsil Nazirliyi: Məktəblərdə pul yığılması qadağandır
Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub.
Bu barədə Oxu.Az-a Bakı şəhəri Təhsil İdarəsindən bildiriblər.
İdarədən qeyd ediblər ki, hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının mərkəzi məktəblərindən birində bu il məzun olacaq şagirdlərin hər birindən 800 manat pul yığılır.
Bildirilir ki, həmin pula vinetka, məzun gecəsi və müəllimlərə hədiyyə daxildir.
Onu da əlavə edək ki, məlumat anonim olaraq daxil olub. Heç bir məktəb və müəllimin adı qeyd edilməyib.
Xahiş edirəm məsələ ilə bağlı bir açıqlama verəsiz. Belə bir halla rastlaşan valideynlər nə etməlidir?
Mənbə:> Oxu.Az