30 ildən sonra müsəlmanların sayı xristianların sayı ilə bərabərləşəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

30 ildən sonra müsəlmanların sayı xristianların sayı ilə bərabərləşəcək

30 ildən sonra müsəlmanların sayı xristianların sayı ilə bərabərləşəcək

Beynəlxalq ekspertlərin və sosioloqların hesablamalarına görə, İslam ölkələrində yaşayanların və digər ölkələrdəki müsəlmanların digər dinlərə mənsub insanlara nisbətdə daha sürətli artımı ona gətirib çıxaracaq ki, 2050-ci ildə dünyada müsəlmanlarla xristianların sayı təxminən bərabərləşəcək.

Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, təqdim olunmuş xəritədən göründüyü kimi, 30 ildən sonra dünya ölkələrində əsas dinlərin yayılma dinamikası dəyişməsə də, həmin dinlərə sitayiş edənlərin sayı xeyli dəyişəcək.

Belə ki, proqnozlara əsasən, 2050-ci ildə dünya əhalisinin 31%-ni xristianlar, 30%-ni müsəlmanlar, 15%-ni induistlər, 13%-ni isə ateistlər təşkil edəcək. Yerdə qalan hissə daha az təmsil olunan dinlər arasında bölüşdürüləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *