İslam ən populyar din olacaq – PROQNOZ
Əsrin sonunadək müsəlmanların sayı xristianlardan çox olacaq və İslam ən populyar din olacaq.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə ABŞ-ın “Pew Research Center” mərkəzi proqnoz verib.
Bildirilir ki, 2010-cu ildə dünyada 1,6 milyard müsəlman yaşayıb və bu, dünya əhalisinin 23 faizini təşkil edib. Həmin vaxt dünya əhalisinin 31 faizi xristian olub.
Mərkəz hesab edir ki, əgər hazırkı demoqrafik tendensiya saxlanılsa, yüzilliyin sonuna kimi müsəlmanların sayı xristianların sayını ötəcək. Buna səbəb kimi müsəlmanlarda doğum səviyyəsinin yüksək olması göstərilir.
Qeyd edək ki, hazırda müsəlmanların 62 faizi Asiya-Sakit Okean regionunda yaşayır.
Mənbə:> APA