Supermarket səs-küyə görə 2500 manat cərimələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Supermarket səs-küyə görə 2500 manat cərimələndi

Supermarket səs-küyə görə 2500 manat cərimələndi

“Bravo Supermarket” brendi ilə fəaliyyət göstərən “Azərbaycan Supermarket” MMC cərimələnib.

“Report”un verdiyi məlumata görə, supermarketlər şəbəkəsinin cərimələnməsinə səbəb kimi ekoloji qanunvericiliyin pozulması göstərilib.

Belə ki, “Azərbaycan Supermarket” MMC İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsilə 2500 manat məbləğində cərimələnib.

MMC cərimənin silinməsi üçün məhkəməyə müraciət edib, lakin şirkətin iddiası təmin olunmayıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *