Bakıda supermarket müştəriləri belə aldadır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda supermarket müştəriləri belə aldadır – FOTO

Bakıda supermarket müştəriləri belə aldadır


Paytaxtda yerləşən iri “Fresco” supermarketində qiymət uyğunsuzluğu halı qeydə alınıb.

Aznews.info Lent.az-a istinadən xəbər verir ki, istehlakçılardan birinin şikayətinə görə, marketdən aldığı məhsul piştaxtada bir, kassada isə başqa qiymətə hesablanıb.

Belə ki, alıcının aldığı bananın üzərindəki kağızda qiymət 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olaraq qeyd edilib.

Sosial şəbəkədə paylaşılan bu fotunu sizlərin də diqqətinə çatdırırıq. Qeyd edilən tarixə və rəqəmlərə diqqətlə nəzər salın. Göründüyü kimi, qiymətlər arasında böyük uyğunsuzluq müşahidə edilir.

Qeydə alınan bu qiymət uyğunsuzluğunun qanun pozuntusu olduğunu deyən İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, məhsulun üzərindəki kağızda qeyd edilmiş qiymətlə kassada verilmiş qəbzdəki qiymət eyni olmalıdır: “Belə olmaması isə qanun pozuntusu sayılır və bununla bağlı tədbirlər görülməlidir”.

A.Əliyev vurğulayıb ki, eyni zamanda istehlakçılar bu hallarla qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin “qaynar xətt”i olan 195-ə müraciət etsin.

Bakıda supermarket müştəriləri belə aldadır

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *