Xaçmazdakı “Şəhidlik” massivində araşdırma » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Xaçmazdakı “Şəhidlik” massivində araşdırma

Xaçmazdakı “Şəhidlik” massivində araşdırma

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində 1918-ci ildə Azərbaycan xalqını işğalçı erməni-bolşevik rejimindən xilas etmiş Qafqaz-İslam Ordusu hərbçilərinin dəfn edildiyi ehtimal olunan ərazidə araşdırma aparıb. “Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma nəticəsində islam qanunlarına uyğun olaraq üzü Qibləyə doğru istiqamətlənmiş skeletin aşkar olunduğu 2 saylı qəbirdən götürülmüş insan qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim edilib. Birliyin açıqladığı ilkin rəyə görə, insan qalıqları 100 il bundan əvvəl öldürülmüş (skelet qalıqlarında ölümə səbəb ola biləcək mexaniki zədə izləri aşkar edilib) 15-25 yaş arasında insana məxsus olub.

Bu barədə virtualaz.org-a AMEA-dan məlumat veriblər.

Xaçmazdakı “Şəhidlik” massivində araşdırma


Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da bu il fevral ayının 23-də Xaçmazın Pirquluoba kəndinə gedərək yerli əhali ilə görüşüb, türk hərbçilərinin basdırıldığı ehtimal edilən məzarlığa baş çəkib. Araşdırmanın aparılmasına rəhbərlik edən arxeoloq, institutun aparıcı elmi işçisi Qəhrəman Ağayevin sözlərinə görə, bu ilin iyul ayından Pirquluoba kəndinin yaınlığındakı 4 hektar 82 kv.m sahəni əhatə edən massivin 50 sotluq sahəsində arxeoloji tədqiqatlara başlanılıb. Orada dəfn edilən insanların hansı şəraitdə ölməsinə tarixi və arxiv araşdırmalarından sonra son rəy veriləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *