Masazırda enerji təminatında fasilələr olmayacaq
Bəzi KİV-lərdə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Virtualaz.org bildirir ki, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada belə deyilir.
Bildirilir ki, praktiki olaraq həmin xətlərdə hansısa təmir-bərpa işləri aparılsa belə, bu, elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz: “KİV-dən xahiş edirik ki, “Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər”.
Mənbə:> Virtualaz.org