“Azərenerji”dən qaz kəmərindəki yanğınla bağlı – AÇIQLAMA
Dünən axşam saatlarında Səngəçal magistral qaz kəmərində baş vermiş qəza ilə əlaqədar “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsi operativ tədbirlər görüb, nəticədə elektrik enerjisi istehsalında fasilə yaranmayıb və dayanıqlıq təmin edilib.
Aznews.info xəbər verir ki, bu barədə APA-ya “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirilib.
Onun sözlərinə görə, qaz təchizatında yaranan fasilə alternativ resurslardan istifadə zərurəti yaradıb: “Azərbaycan elektroenergetika sisteminin ən böyük generasiya gücünə malik stansiyası - Azərbaycan İES dərhal istehsal prosesində təbii qazdan mazut yanacağına keçib. İstehsal edilən elektrik enerjisinin 80%-i bu yanacaqdan alınıb”.
Mənbə:> APA