“Azərenerji” işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqladı
“Azərenerji” ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu sözləri “Azərenerji” nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.
Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib:
“Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək”.
Qeyd edək ki, “Azərenerji”nin əməkdaşlarının bir hissəsi iyul, digər hissəsi isə avqust ayından etibarən əməkhaqqı almırlar.
Mənbə:> Report.az