Müdhiş statistika: 22489 NİGAH, 6177 BOŞANMA
Dövlət Statistika Komitəsi demoqrafik hesabat yayıb.
Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycan əhalisinin sayı 2018-ci ilin əvvəlindən 0,3 faiz artaraq iyun ayının 1-nə 9 milyon 929 min 513 nəfərə çatıb. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlar olub, hər 1000 kişiyə 1005 qadın düşüb.
Yanvar-may aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 55653 doğulan körpə qeydə alıb. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qızdır.
5 ayda ölkədə 25277 ölüm halı, 22489 nikah, 6177 boşanma rəsmiləşib.
Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti daimi yaşamaq üçün 1605 nəfər gələn, 553 nəfər gedən qeydə alıb.
Mənbə:> Novator.az