Gəncədə daha 7 nəfər həbs olundu
Virtualaz.org-un hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Ümumilikdə, 10 iyul hadisələrinə görə 22 nəfər həbs olunub. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.
Eyni zamanda, məlumata görə, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mənbə:> Virtualaz.org