Gəncədə yeni həbslər və cinayət işləri » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

Gəncədə yeni həbslər və cinayət işləri

Gəncədə yeni həbslər və cinayət işləri

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Xatırladaq, iyulun 3-də saat 20:30-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib. Cinayəti törətmiş 1983 təvəllüdlü Yunis Səfərov dərhal saxlanılıb və hadisə yerində olan polis əməkdaşları tərəfindən tərksilah edilib.

10 iyulda isə Gəncədə 150-200 nəfərdən ibarət olan dini radikallar qrupu tərəfindən təşkil edilmiş qarışıqlıq zamanı qiyamçıların əllərindən iki polis zabiti– Gəncə Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Gəncənin Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov həlak olublar. Sonrakı günlərdə aparılan operativ-istintaq tədbirləri ilə bu cinayətləri törədənlərdən biri-Fərrux Qasımov həbs olunub. Polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən digər şəxsin-Rəşad Böyükkişiyevin gizləndiyi yer də müəyyən olunub və tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib. Amma əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *