Zakir Qaralov, Ramil Usubov və Mədət Quliyev Gəncədə şəhid polis zabitlərinin yas mərasimində iştirak edib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Zakir Qaralov, Ramil Usubov və Mədət Quliyev Gəncədə şəhid polis zabitlərinin yas mərasimində iştirak edib

Zakir Qaralov, Ramil Usubov və Mədət Quliyev Gəncədə şəhid polis zabitlərinin yas mərasimində iştirak edib

Baş prokuror Zakir Qaralov, daxili işlər naziri general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bu gün Gəncə şəhərinə gedib.

“Report”un xəbərinə görə, onlar Gəncə şəhərində şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimində iştirak edib, şəhid olan polis zabitlərinin ailə üzvlərinə, yaxınlarına başsağlığı veriblər.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, iyuıun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib. Rəşad Məmmədəli oğlu Böyükkişiyevin tutulması üçün hüquq-mühafizə orqanları tərəfindən intensiv iş aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *