Ana və uşaq ölümünə görə cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Ana və uşaq ölümünə görə cinayət işi açıldı – VİDEO

Ana və uşaq ölümünə görə cinayət işi açıldı

Ağdamda doğuş zamanı faciə baş verib. Həkimlərin bütün səylərinə baxmayaraq ana və körpəsini xilas etmək mümkün olmayıb.

ANS TV-nin məlumatına görə, əslən işğal altındakı keçmiş Ağdərə rayonundan olan məcburi köçkün 35 yaşlı Mətanət Həbibova gecə saatlarında vəziyyəti pisləşdiyindən doğum sancıları ilə Ağdam rayon Üçoğlan kənd xəstəxanasına gətirilib. Doğuşda iştirak edən xəstəxananın həkimi Saçlı Qurbanovanın dediyinə görə, qadın xəstəxanaya daxil olarkən artıq uşaq ana bətnində dünyasını dəyişib. Kəskin qanaxma nəticəsində ananın da həyatını xilas etmək mümkün omayıb.

“Cift vaxtından əvvəl qopduğuna görə, uşaq anayla olan əlaqəni kəsib və məhv olub. Cifti çıxardıq. Qanaxmaya qarşı lazım olan bütün tədbir də gördük, amma ananı xilas edə bilmədik”, – deyə Saçlı Qurbanova bildirib.

Hadisə barədə Mətanət Həbibovanın yaxınları danışmaq istəmədilər. Əldə etdiyimiz məlumata görə, bu qadının birinci hamiləliyi olub. Hazırda baş vermiş faktla bağlı Ağdam Rayon Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi işi açılıb, araşdırma aparılır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *