Daha bir doğuş faciəsi: Ana və körpəsi öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, Kriminal

Daha bir doğuş faciəsi: Ana və körpəsi öldü

Daha bir doğuş faciəsi: Ana və körpəsi öldü


Ağdamda ana və uşağı doğuş zamanı dünyasını dəyişib.

AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, əslən işğal altındakı Ağdərə rayonundan olan məcburi köçkün 35 yaşlı Mətanət Həbibova gecə saatlarında doğum sancıları ilə Ağdam rayon Üçoğlan kənd xəstəxanasına gətirilib.

Doğuşda iştirak edən xəstəxananın həkimi Saçlı Qurbanovanın dediyinə görə, qadın xəstəxanaya daxil olarkən artıq uşaq ana bətnində dünyasını dəyişibmiş. Kəskin qanaxma nəticəsində ananın da həyatını xilas etmək mümkün olmayıb.

“Cift vaxtından əvvəl qopduğuna görə, uşağın anayla əlaqəsi kəsilib və məhv olub. Cifti çıxardıq, qanaxmaya qarşı tədbir gördük. Lakin qadını xilas edə bilmədik”, - deyə Saçlı Qurbanova bildirib.

Hadisə barədə Mətanət Həbibovanın yaxınları danışmaq istəməyiblər.

Qeyd edək ki, bu qadının birinci hamiləliyi olub.

Hazırda baş vermiş faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *