Bakıətrafı simsiz rabitə ilə təmin ediləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıətrafı simsiz rabitə ilə təmin ediləcək

Bakıətrafı simsiz rabitə ilə təmin ediləcək

“Baktelecom” Bakı və ətraf ərazilərdə baza stansiyalarının sayını artırır.

“Baktelecom” yay mövsümü ilə əlaqədar paytaxt sakinlərinin Bakıətrafı ərazilərə axınını nəzərə alaraq “Simsiz rabitə” şəbəkəsinin (LTE – Long Term Evolution) əhatə dairəsini genişləndirir.

Yeni stansiyaların qurulması paytaxt ətrafı kəndlərdə və yaşayış massivlərində sakinlərin keyfiyyətli telekommunikasiya xidmətləri ilə təminatına imkan yaradır.

Əsas üstünlük “Baktelecom”un məhdud infrastrukturlu ərazilərdə kabel xətlərindən aslılıq olmadan 100 mb/s-ə qədər məlumat ötürmə sürəti, hava şəraitindən aslı olmayaraq kəsintisiz xidmət və müştəri seçimi üçün sərfəli tariflər təqdim etməsidir.

“Simsiz rabitə” xidmətinə qoşulmaq istəyən müştərilər simsiz şəbəkəni dəstəkləyən və yüksək keyfiyyəti ilə seçilən xüsusi avadanlıqlar əldə etməlidirlər. Bu qəbuledici cihazlar baza stansiyalarından ötürülən siqnalı stabil saxlamaq və tam həcmdə ötürmək imkanına malikdir. Simsiz rabitə xidmətinə qoşulma isə “Baktelecom”un əməkdaşları tərəfindən pulsuz həyata keçirilir.

Tariflərlə bu linkdə - http://baktelecom.az/lte tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, “Baktelecom” uzun zaman telefon çəkilişi mümkün olmayan ərazilərdə, Maştağa, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar, Biləcəri, Zirə, Türkan, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsində simsiz şəbəkəni uğurla istifadəyə verib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *