Ukrayna Azərbaycanın sifariş etdiyi təyyarələri yığıb çatdıra bilmir
Azərbaycanın Ukrayna dövlət çirkəti "Antonov”a sifariş etdiyi on ədəd An-178 təyyarəsinin istehsalı təxirə salınır.
Virtualaz.org Ukrayna KİV-ə istinadən bildirir ki, bunu şirkətin prezidenti Aleksandr Donets deyib.
Onun sözlərinə görə, təyyarələr Rusiyadan idxal olunan komplektləşdirici və sınaq avadanlıqlarının tamamilə əvəzlənməsindən sonra istehsal ediləcək.
"İki həftə əvvəl Azərbaycan nümayəndə heyəti bizimlə danışıqlara gəlmişdi. Qeyd etməliyəm ki, onlar məsələyə peşəkarlıqla yanaşırlar, vəziyyətə yaxından bələddirlər, başa düşürlər ki, biz maşını Rusiya komplektləşdiriciləri ilə yığa və təhvil verə bilmərik. Təyyarə onlara lazımdır, buna görə sifarişçi biz bu məsələni həll edənə qədər gözləməyə hazırdır”, - deyə A.Donets vurğulayıb.
Xatırladaq, 2016-cı ildə Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycan aviaşirkətlərindən mülki hava daşınmalarında istifadə etmək üçün on ədəd An-178 təyyarəsinin yığılıb çatdırılması ilə bağlı sifariş almışdı.
Mənbə:> Virtualaz.org