Şəmkirin Icra başçısı küçələrə "yol" çəkir...
"Xatirinizdə olar, təxminən 10 gün əvvəl status yazıb qeyd eləmişdim ki, " ölkə boyu ən ucqar rayonların, ən ucqar kəndlərinə belə asfalt yollar çəkilsə də Şəmkirin əksər kəndlərinin yolları bərbad-asvalt üzünə həsrətdir.
Rayon icra hakimiyyəti başçısı gələn gündən ceyran bəsləməklə, pamidor-xiyar "parnik"i salmaqla məşğuldur; və buna görə də yerli camat Alimpaşaya, "Ceyranpaşa" ayaması qoyub. İndi bunların etdiyinə bir bax- tələm-tələsik bəzi kəndlərə (özü də camaatın hesabına) guya ki, asvalt çəkməyə başlayıblar. Və utanmaz utanmaz bunu da İH-nin saytında yerləşdiriblər". Vətəninfo.az xəbər verir ki,bu fikirləri sabiq deputat Etibar Hüseynov özünün facebook səhifəsində yerləşdirib. Sabiq deputat daha sonra bunları qeyd edib:
Fotoya diqqətlə baxın, və özünüz deyin: bu asfaltın ömrü neçə il, neçə ay olması bir yana- sizcə neçə gün, neçə saat davam gətirər? Bircə yağışlı gündən sonra bu quru torpaq uzərinə səpilmiş asvaltdan əsər-əlamət qalarmı? Bu biabırçılıq, bu dərəbəylik nə qədər davam edəcək görəsən? Keçmiş Salyan toylarında tamada olmuş, Fazilin bu kadrından canımız nə vaxt qurtulacaq görəsən?
Mənbə:> Siam,az