Bu dəfn mərasimi görənləri şoka saldı
Nigeriyalı gənc oğlan atasını qeyri-adi şəkildə dəfn edib.
Sfera.az xəbər verir ki, Azubuike adlı nigeriyalı atasına yeni avtomobil bağışlamağa hazırlaşıb, ancaq arzusuna çata bilməyib. Atası vəfat edib, lakin oğlan, arzusunu həyata keçirib. 66 min funt sterlinqə yeni BMW alıb, atasını da elə avtomobilin içində basdırıb. Azubuikenin davranışı yerli əhalini şoka salıb.
Dəbdəbəli dəfn mərasiminin fotosu internetə düşüb və sürətlə yayılmağa başlanılıb. Fotoya münasibət bildirən internet istifadəçilərindən bəziləri onu səxavətli olduğuna görə tərifləyib, digərləri isə boşa pul xərcləməkdə ittiham ediblər.
Mənbə:> Sfera.az